Dünya

ABŞ Ukraynanı Rusiyaya qarşı qızışdırır: Qiymətləri qaldır

22 Aprel 2018 12:31
0 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət katibi səlahiyyətlərini icra edən Con Sallivan Ukraynanın Xarici İşlər naziri Pavel Klimkinlə korrupsiyaya qarşı mübarizənin zəruriliyi və qaz qiymətlərinin qaldırılması ilə bağlı müzakirələr aparıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert deyib.

Onun sözlərinə görə, görüş aprelin 21-də Torontoda keçirilən "Böyük yeddilik" ölkələrinin xarici işlər nazirlərinin zirvəsi çərçivəsində baş tutub.

Con Sallivan ukraynalı həmkarına islahatlar keçirilməsində səyləri artırmaq, müstəqil antikorrupsiya məhkəməsinin yaradılması və qaz tariflərinin idxal üçün paritet səviyyəyə qaldırılması barədə çağırış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.