Dünya

Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var - YENİLƏNİB

22 Aprel 2018 12:48
0 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:48

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, "TOLONEWS" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində həmçinin 50-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, partlayış paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir.

------------

11:45

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib. Partlayışın səbəbi hələlik məlum deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.