Nikaraquada ötən üç gün ərzində polis və ölkədə pensiya sisteminin dəyişdirilməsinə etiraz edənlər arasında baş verən toqquşmalar nəticəsində 10 nəfər ölüb.
Milli.Az report.az-a istinadən bildirir ki, mitinqlər aprelin 18-də başlanıb.
Ən geniş etirazlar ölkənin paytaxtı Manaquada qeydə alınıb.
Toqquşmalar zamanı azı 100 nəfər xəsarət alıb.
Teleşirkətin məlumatına görə, islahatlar işçilər və işəgötürənlər tərəfindən pensiya haqlarının artırılmasını, eyni zamanda təqaüdçülər üçün ümumi faydaların azaldılmasını nəzərdə tutur.
Milli.Az