Dünya

Paşinyan hakimiyyətlə danışıqlar üçün səlahiyyət istədi

21 Aprel 2018 23:33
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlar üçün ona səlahiyyətin verilməsini istəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Nikol Paşinyan Yerevanda Respublika meydanında Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb.

Müxalif deputat bildirib ki, danışıqların mövzusu yalnız baş nazirin istefası ola bilər.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.