Dünya

Türkiyədə üç azərbaycanlı İŞİD-çi tutuldu - FOTO

21 Aprel 2018 13:41
3 Şərh     Baxış: 2 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya-Türkiyə sərhədində İŞİD üzvü olan, bomba yerləşdirilən jilet geyinmiş şəxslər tutulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tutulan beş terrorçu Kilis rayonunda çıxarıldıqları məhkəmədə həbs olunub.

Tutulanlardan üçü Azərbaycan vətəndaşıdır. "Terror təşkilatı İŞİD üzvü olan olmaq və partlayıcı maddə saxlamaq" ittihamı ilə tutulan 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalovanın istintaqı yekunlaşıb.

Onların üzərində axtarış aparılarkən üç Rusiya istehsalı əl bombası, dörd mərmi, üç kq C4 partlayıcı maddəsi, iki bel çantası, əldə düzəldilmiş partlayıcı açarı və canlı bomba jileti ələ keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.