Dünya

"Ermənistan hakimiyyəti Paşinyanı razı salmağa çalışır"

21 Aprel 2018 11:54
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda Serj Sarqsyanın baş nazir olmasına qarşı keçirilən kütləvi etirazlar hakimiyyət üçün gözlənilməz olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb. 

Yazıda bildirilib ki, Ermənistan hakimiyyəti hadisələrin belə davam etməsindən olduqca natahatdır: "Təsadüfi deyil ki, artıq üç gündür hakimiyyətin müxtəlif nümayəndələri müxalifətlə dialoqun vacibliyini vurğulayırlar. Bu barədə aprelin 20-də bütün ermənilərin katalikosu II Qaregin ilə Serj Sarqsyanın görüşündə də vurğulanmışdı". 

Mənbə qeyd edir ki, hakimiyyət hərəkatın lideri Nikola Paşinyana müxtəlif üsullarla təzyiq etməyə cəhd göstərir: "Xüsusən də müxalifət liderinin yaxın ətrafı ilə danışıqlar apararaq ona mitinqləri dayandırmağa və dialoq üçün razı salmağa çalışırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.