Dünya

Gürcüstan-Azərbaycan sərhədində gürcü sərhədçinin meyiti tapılıb

21 Aprel 2018 08:02
0 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Imedi" telekanalı məlumat yayıb.

Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.

İlkin məlumatlara görə, sərhədçi intihar edib. Hadisə yerinə kriminalist-ekspertlər cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə (Özünü öldürmə həddinə çatdırma) araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.