Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı çıxan mitinq iştirakçıları şənbə günü səhər etiraz aksiyalarını bərpa etmək niyyətindədirlər.
Milli.Az report.az-a istinadən bildirir ki, bunu hərəkatın lideri, müxalifətçi deputat Nikol Paşinyan deyib.
"Sabah biz 11.00-da aksiyamıza başlayacağıq. Biz bu gün etdiyimiz kimi yolları bağlamaqda davam edəcəyik, amma bu dəfə daha geniş şəkildə", - deyə Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı bildirib.
Onun sözlərinə görə, mitinqdən sonra İrəvanın mərkəzi küçələri ilə yürüş keçiriləcək.
Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən davam edir.
Milli.Az