Dünya

Nikol Paşinyan: "Serj Sarkisyan vəziyyətə nəzarət etmir"

20 Aprel 2018 22:22
0 Şərh     Baxış: 2 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İrəvanda mitinqdə çıxış edən "Mülki müqavilə" partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib.

Hakimiyyətin dialoqa çağırışlarını şərh edən N.Paşinyan deyib ki, artıq hökumətlə danışıqlara başlanılıb. "Çünki xalq artıq hakimiyyəti ələ alıb", deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.