Dünya

Yıldırm ABŞ-a: Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox

20 Aprel 2018 16:40
3 Şərh     Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-a "öz işləri ilə məşğul olmağı" məsləhət görüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlama Vaşinqtonun Türkiyədə erkən seçkilərin təyin olunması ilə bağlı Ankaranın qərarını tənqid etməsinə cavab olaraq verilib.

Qeyd olunur ki, ABŞ Dövlət departamenti Türkiyədə davam edən fövqəladə vəziyyət fonunda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin çətin olacağı barədə açıqlama yaymışdı.

Buna cavab olaraq B.Yıldırım ABŞ-ı öz seçkilərinə diqqət verməyə çağırıb: "ABŞ-da hələ də seçkilərlə bağlı müzakirələr səngimir. Əgər amerikalılar özləri görmək istəyirsə, gəlib baxsın, Türkiyədə seçkilər şəffaf keçir, yoxsa yox".

Xatırladaq ki, Türkiyədə erkən prezident və parlament seçkiləri bu il iyunun 24-ə təyin olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.