Dünya

İranda başörtüsü qalmaqalı

20 Aprel 2018 15:48
1 Şərh     Baxış: 3 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda qadının "İslam qaydalarına uyğun geyimdə" olmaması ilə əlaqədar polis tərəfindən zorakılığa məruz qalması rəsmilər tərəfindən sərt tənqid olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  məsələ gündəmə sosial şəbəkələrdə yayılan videodan sonra gəlib. Belə ki, qadın polislərin digər qadına qarşı başörtüsünün düzgün taxılmamasına görə güc tətbiq etməsini əks etdirən videogörüntülər yayılıb.

Bu addım sosial şəbəkələrdə qəzəblə qarşılanıb. İran parlamentinin deputatları, eləcə də hökumət rəsmiləri İran polisini vətəndaşlara qarşı zorakılıq tətbiq etməməyə çağırıb.

Polis rəsmiləri hadisənin araşdırılacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.