Dünya

Cənubi Afrikada iğtişaşlar - 23 nəfər saxlanıldı

20 Aprel 2018 15:09
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrikada polis ölkənin şimal-qərb hissəsindəki iğtişaşların qarşısını almaq məqsədi ilə rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, iğtişaşlar zamanı azı 23 nəfər saxlanılıb.

Yerli KİV polislə etirazçılar arasında toqquşmaların baş verdiyi ərazidə qalın tüstü təbəqəsi göründüyünü bildirib.

Cənubi Afrika Prezidenti Siril Ramafoza qarşıdurmalarla əlaqədar bu gün Londondakı sammiti vaxtından əvvəl tərk edib. O, başverənlərdən narahatlığını dilə gətirərək həm etirazçıları, həm də polisi təmkinli olmağa çağırıb.

Qeyd edək ki, etirazlar aşağı səviyyəli sosial xidmətlər, mənzil çatışmazlığı, işsizlik və keyfiyyətsiz səhiyyə ilə ilə əlaqədardır. İğtişaşlar isə tibb işçilərinin əmək haqqlarının artırılması tələb etməsi nəticəsində bağlanan xəstəxanada aprelin 17-də bir neçə xəstənin ölməsindən sonra baş qaldırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.