Dünya

İranda rus dilinin tədrisi təklif olundu

20 Aprel 2018 20:18
4 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın təhsil naziri Məhəmməd Bathai ölkə məktəblərində rus dilinin tədris olunmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir bu təkliflə Moskvada Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşü zamanı çıxış edib.

Bundan başqa o, Rusiyada fars dilinin də tədris olunmasını təklif edib. Nazirin fikrincə, bu addım Rusiya və İran arasında əməkdaşlığın möhkəmlənməsinə ikinci dil qismində ingilis dilinin nüfuzunu azaltmağa kömək edəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında İran məktəblərinin ibtidai siniflərində ingilis dilinin tədrisi qadağan edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.