Dünya

Paşinyan total hücum qərarı verdi

19 Aprel 2018 23:51
0 Şərh     Baxış: 2 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.

Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.

İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.

Bununla Paşinyan dünən Ermənistan polisinin yaydığı bəyanata cavab verib. Belə ki, polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirib.

Artıq İrəvanın mərkəzində müxtəlif şayiələr yayılmağa başlanıb. Rusiyanın "Ekpress qəzeti" şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb.

Ermənistan Baş naziri Serj Sərkisyan da etiraz aksiyalarına reaksiya verib. Sərkisyan dünənki açıqlamasında bu aksiyaların ölkənin iqtisadiyyatına mənfi təsir etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.