Dünya

Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

19 Aprel 2018 22:18
1 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lukoil şirkəti Özbəkistanən Buxara şəhərində ildə 8 milyard kubmetr qaz emal edəcək "Kandım" qaz emalı zavodunun açılışını edib.
 
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət bu layihənin gerçəkləşməsi üçün 3.4 milyard dollar yatırım edib. "Kandım"ın açılışında Özbəkistan prezidenti Şövkət Mirziyayev, Rusiyanın Enerji Naziri Aleksandr Novak , Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov və bir çox tanınmış iş adamları iştirak edib.
 
Özbəkistan prezidenti çıxışında bu layihənin ölkəsinin iqtisadi inkişafına müsbət təsir edəcəyini söyləyib. Həmçinin "Kandım"-ın  Özbəkistan və Rusiya arasında enerji sahəsindəki əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb.
 
Qeyd edək ki, "Kandım" qaz emalı zavodu ildə 8 milyard kubmetr qaz ixrac edəcək. Şirkətdə 2 mindən çox insan işləyəcək. "Lukoil" şirkəti Özbəkistan höküməti ilə 2046-cı ilə qədər müqavilə bağlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.