Dünya

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

19 Aprel 2018 20:00
1 Şərh     Baxış: 2 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyri-rəsmi olaraq dünyanın ən yaşlı kişisi hesab olunan 121 yaşlı Çili sakini çarpayıdan yıxılıraq ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Selino Vilyanueva Xaramilyo bir neçə gün əvvəl çarpayıdan yıxılıb və nəticədə onun qabırğası, eləcə də ağciyəri zədələnib.

O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1896-cı ilin iyulunda anadan olduğu deyilən S.V.Xaramilyonun sənədləri yandığı üçün onun yaşı Ginnessin rekordlar kitabı tərəfindən qeydə alınmayıb. Hazırda dünyanın ən yaşlı kişisi 112 yaşlı yaponiyalı Masadzo Nonaka hesab olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.