Dünya

Ermənistanda aksiya zamanı jurnalist mülki geyimli şəxslər tərəfindən döyülüb

19 Aprel 2018 13:58
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda baş verən etiraz aksiyaları zamanı jurnalist xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, onun başının gicgah hissəsində yüngül toxumalar zədələnib. 

Jurnalist açıqlamasında bildirib ki, etiraz aksiyası zamanı ona mülki geyimdə olan şəxslər hücum edib. 

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir seçilib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.