Dünya

ABŞ müttəfiqlərinə silah ixracını sürətləndirəcək

19 Aprel 2018 09:37
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ müttəfiqlərinə silah və hərbi texnikanın ixrac prosesini sürətləndirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda "Amerika hərbi texnikasının Yaponiyaya satışı" məsələsinin sürətləndirilməsinə baxılır: "Biz səylərimizi yalnız Yaponiya üçün deyil, həm də digər müttəfiqlərimiz üçün fəallaşdırırıq ki, onlar bizdən texnika sifariş edəndə biz sifarişi onlara tez bir müddətdə çatdıra bilək".

Donald Tramp əlavə edib ki, bəzi hallarda sifarişlərin hazırlanmasına bir neçə il gedirdi və buna səbəb Müdafiə nazirliyi, Dövlət Departamenti daxilində bürokratiya olub: "Biz bunu qısaldırıq, indi bu məsələ bir neçə gün çəkəcək. Əgər onlar bizim müttəfiqlərdirsə, biz onlara çox lazımlı hərbi texnikanı almağa kömək edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.