Dünya

İran beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avroya keçdi

18 Aprel 2018 19:42
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hökumət bəyanat yayıb.

"Bütün nazirliklər, dövlət təşkilatları və şirkətlər statistikalarını, məlumat və maliyyə göstəricilərini (beynəlxalq pul köçürmələri ilə bağlı) açıqlayarkən öz hesabatlarında avrodan istifadə etməlidir," - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dollardan imtina edilməsi ilə bağlı qərar Nazirlər Kabinetinin görüşündə ABŞ-ın Tehrana qarşı tədbirlərinə cavab olaraq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.