Dünya

Təyyarədə ayaq üstə getmək mümkün olacaq

18 Aprel 2018 20:45
0 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada keçirilmiş "Aircraft Interiors Expo" sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, at yəhərini xatırladan "oturacaqlar" şaquli dayaqla təchiz olunub.

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.

İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.

Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın "VivaColombia" və İrlandiyanın "Ryanair" aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.