Dünya

Ermənistanda kütləvi aksiyalar getdikcə qızışır - VİDEO

17 Aprel 2018 21:08
2 Şərh     Baxış: 574

Bu gün baş verən qarşıdurmalar nəticəsində müxalifətin parlamentdəki "çıxış" fraksiyasının rəhbəri, deputat Nikol Paşinyanın 80 nəfər tərəfdaşı saxlanılıb. Buna baxmayaraq müxalifət tərəfdarları bir çox nazirlik və dövlət qurumlarının binalarını mühasirəyə alıblar. Qarşıdurmaya baxmayaraq serj sarkisyan parlamentdə baş nazir seçilib.

Ermənistanda kütləvi aksiyalar bu gün də davam edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İrəvan polisinin rəis müavini Valeri Osipyan Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edənləri aksiyanı dayandırmağa çağırıb. Mitinqin dayandırılması ilə bağlı Nikol Paşinayana sənəd təqdim edilsə də , o sənədi alaraq cırıb. Aksiyanin rəhbəri bəyan edib ki, etirazçilar parlamentə gedən yolları da bağlayacaqlar.

Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib. Mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb. Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir. "Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm" - deyə Paşinyan qeyd edib.

Ermənistanda etiraz aksiyalarında iştirak edən 80 nəfər polis tərəfindən saxlanılıb.Saxlanılan şəxslər inzibati pozuntu törətməkdə təqsirləndirilir. Eyni zamanda, bir qrup etirazçı hökumət binası qarşısındakı meydanda dinc aksiya keçirir. Onlar avtomobillərin hərəkətdə olduğu küçədə oturublar. Nəqliyyatin bu istiqamətdə hərəkəti dayandırılıb.

Həmçinin Paşinyanın tərəfdarları Təhsil və Elm nazirliyinin, Xarici İşlər nazirliyinin, Baş Prokurorluğun , Kassasiya Məhkəməsinin, Diaspor Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin və bir sira digər dövlət qurumlarının binalarını da mühasirəyə aliblar. Binaların giriş və çıxışında müxalifətçilər nəzarəti gücləndiriblər. Sabiq prezident Serj Sarkisyanın qardaşı, Xarici İşlər Nazirliyinin Xüsusi məsələlər üzrə səfiri Levon Sarkisyan da müxalif qüvvələrin mühasirəyə aldığı binadan çıxa bilməyib.

Paşinyan bildirib ki, etiraz aksiyalar əslində Ermənistanin bütün şəhərlərində keçirilir. "Tətil İcevanda, Gümrüdə, Vanadzorda və digər şəhərlərdə həyata keçirilir. Bu isə o deməkdir ki, ölkədə inqilabi vəziyyət yaranıb və biz onu sona çatdırmaq istəyirik". Eyni zamanda "Mənim addımım" təşəbbüs qrupunun lideri, Vətəndaş Sazişi partiyasının rəhbəri Nikol Paşinyan bildirib ki, İrəvanın respublika meydanında genişmiqyasli mitinqlər nəticə əldə olunana qədər davam etdiriləcək.

Lakin kəskin etirazlara baxmayaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri seçilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənistanda kütləvi aksiyalar getdikcə qızışır

Şərh yaz:

2 Şərh:

  • Anonim
    IMF · 17 Aprel 21:1140

    Haqlarini teleb ede bilirler.El bir olsa her shey etmek mumkundur

    Cavab yaz
  • Anonim
    Samire · 17 Aprel 21:3610

    Haqq teleb etmek ucun eqide lazimdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.