Dünya

Avropa Komissiyası: "Türkiyə Avropadan iri addımlarla uzaqlaşır"

17 Aprel 2018 18:56
0 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası Avropa İttifaqıüzvlüyünə namizəd ölkə olan Türkiyə ilə bağlı növbəti irəliləyiş hesabatını açıqlayıb.

APA-nın Aİ-nin saytına istindən verdiyi məlumata görə, hesabatda 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd pislənib və Türkiyənin bu kimi təhdidlərin qarşısını almaq istiqamətindəki təxirəsalınmaz tədbirləri qanuni hesab edilib. Mətndə Türkiyənin FETÖ-nü terror təşkilatı kimi tanıdığı qeyd olunub.

Bununla yanaşı, hesabatda Türkiyədən fövqəladə vəziyyət rejiminin ləğv edilməsi tələbi də əksini tapıb. Aİ-nin genişlənmə üzrə komissarı Yohannes Han Türkiyənin Avropadan iri addımlarla uzaqlaşdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.