Dünya

Sarkisyan Ermənistanın baş naziri oldu

17 Aprel 2018 17:19
6 Şərh     Baxış: 1 800

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, aprelin 17-də parlamentdə hökumət başçısı seçkisi keçirilib.

S.Sarkisyan bu vəzifəyə yeganə namizəd olub və seçki alternativsiz şəraitdə baş tutub. Onun namizədliyini parlamentdə 58 deputatı olan Respublikaçılar Partiyası və qanunverici orqanda 7 deputatla təmsil olunan "Daşnaksütyun" Partiyasından ibarət koalisiya irəli sürüb.

Parlamentdə 9 deputatla təmsil olunan və Nikol Paşinyanın başçılıq etdiyi "Çıxış" müxalifət bloku isə baş nazir seçkilərini boykot edib və səsverməyə qatılmayıblar. Qanunverici orqanda müzakirə və səsvermə keçirilərkən müxalif deputatlar öz tərəfdarları ilə birlikdə Yerevanda S.Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası keçiriblər. Amma müxalifətin mövqeyi nəzərə alınmayıb.

Parlamentin 105 deputatından əksəriyyətinin dəstəyini alan S.Sarqsyan baş nazir olub. Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarkisyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Milli.Az

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Azəbaycanlı · 17 Aprel 17:2350

    Salamat işləməsin

    Cavab yaz
  • Anonim
    Roya · 17 Aprel 17:2650

    Hec xeyr gormesin yeni taxtindan.ermenistanin suqutuna vesile olsun

    Cavab yaz
  • Anonim
    malades · 17 Aprel 17:5540

    inşallah infakt olar.

    Cavab yaz
    • Anonim
      ☝️ · 17 Aprel 20:0610

      Ya da insult. Ən yaxşısı xərçəng

      Cavab yaz
  • Anonim
    Daglı · 17 Aprel 18:2840

    Allah xeyir verməsin

    Cavab yaz
  • Anonim
    Asif · 17 Aprel 18:5420

    Sarkisyan kimi meymunu bas nazir olan olkeyede onun prezidentine de lenet olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.