Dünya

Müxalifət Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib

17 Aprel 2018 13:42
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:

"Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm".

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.