Dünya

Niderlandda xüsusi "intihar qutuları" hazırlanıb

17 Aprel 2018 13:05
12 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandın paytaxtı Amsterdamda keçirilən dəfn sənayesi sərgisində "intihar üçün kapsul" təqdim olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin kapsul kosmik raketlərin kapsuluna bənzəyir.

Bu qurğu uzun illər evtanaziyanın leqallaşdırılması üçün çıxış edən avstraliyalı Filip Niçke və niderlandlı dizayner Aleksandr Bannink tərəfindən yaradılıb.

Qeyd olunur ki, ağrısız şəkildə həyatına son qoymaq istəyən şəxslər kapsulun içinə daxil olduqdan sonra yüngül başgicəllənmə hiss edəcək və huşunu itirdikdən sonra öləcək.

Tədbirdə həmin kapsulun maketi təqdim olunub. Layihənin müəllifləri bu ilin sonunadək bu kapsulu istifadəyə verə biləcəklərinə ümid edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.