Dünya

G7 ölkələri "Rusiya bu hücuma görə məsuliyyət daşıyır"

17 Aprel 2018 09:32
1 Şərh     Baxış: 853

"Böyük yeddilik" ölkələri Rusiyanı "Skripal işi" üzrə məsuliyyət daşımağa çağırıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər nazirinin yaydığı bəyanatda bildirilir.

"Biz Böyük Britaniyanın qiymətləndirmələrini bölüşürük və onunla razılaşırıq: - çox ehtimal ki, Rusiya bu hücuma görə məsuliyyət daşıyır və bunun ehtimal olunan alternativ izahatı yoxdur", - deyə bəyanatda bildirilir.

G7 ölkələri, həmçinin bildiriblər ki, qaydalara əsaslanaraq, Rusiyanı beynəlxalq sistemə qaytarmaq üçün bu ölkə ilə əməkdaşlıq edəcəklər.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə zəhərləniblər. Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı onların zəhərlənməsində ittiham edib və Sergey və Yuliyaya bu ölkədə hazırlanmış zəhərlə qəsd edildiyini bildirib.

Yuliya Skripal artıq özünə gəlib. Sergey Skripalın da səhhəti yaxşılaşmaqdadır. O, kritik vəziyyətdən çıxıb.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    AZE · 17 Aprel 11:3600

    Boş şeylərdir.Rusiya Suriya məsələsinə görə İranla birgə hansısa planları var onu yayındırmaq üçün belə razılığa gəliblər. Məncə Rusiya güclü hücuma hazırlaşır deyə ona hədə-qorxu gəlirlər.Etdikləri səhvləri anlamadan hansısa bisavadın( bu Tramp deyil,siyasətçi deyil) əmrilə edirlər sonrada başlayırlar ki,Rusiya niyə belə elədi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.