Dünya

Tanzaniyada daşqınlar: azı 9 nəfər həlak olub

17 Aprel 2018 08:33
0 Şərh     Baxış: 339

Tanzaniyanın Dar əs Salam şəhərində davam edən güclü yağışlar nəticəsində ən azı 9 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şəhərin polis rəisi Lazaro Mambosasa bildirib.

Qeyd edək ki, yağışlar artıq 3 gün dayanmadan davam edir. Mambosasanın sözlərinə görə, ölənlərin arasında uşaqlar, qadınlar və kişilər var: "Yağış davam etdiyindən onları sayı arta bilər".

Yerli "Citizen" nəşri isə bildirib ki, daşqınlar evlərin uçmasına, nəqliyyat vasitələrinə və infrastruktur obyektlərinə ziyan dəyməsinə səbəb olub. Şəhərin hakimiyyət orqanları məktəblərin bağlanmasını tələb edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.