Dünya

Suriya ordusu iki hərbi bazaya endirilmiş raket zərbələrini dəf edib - YENİLƏNİB - FOTO

17 Aprel 2018 07:03
0 Şərh     Baxış: 2 472

07:03

Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrdəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Al Ekhbariya" telestansiyasına respublikanın Hərbi Qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, Suriya zenitçiləri Şayrat ətrafında 6, Dumeyrəyə uçan daha 3 raketi vurublar.

"Al Masdar" portalının məlumatına görə, hərbi bazalara İsrailin Hərbi Hava Qüvvələri Livanın səmasından hücum ediblər. Lakin bu məlumat hələlik Dəməşq tərəfindən rəsmən təsdiqlənməyib. 

06:57

Suriyanın Hərbi hava Müdaifəsi sistemləri Xoms şəhərinin yaxınlığında bir neçə raketləri vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə SANA milli agentliyi məlumat yayıb.

"HHM sistemi Xoms yaxınlığında hava məkanını pozan raketləri vurub", deyə agentlik bildirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.