Dünya

Ərdoğan və Merkel Suriyanı müzakirə ediblər

17 Aprel 2018 08:13
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel aralarında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, tərəflər danışıqlar zamanı ikitərəfli əlaqələr və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Həmçinin ABŞ, Böyük Britaniya və Fransanın Suriyada kimyəvi silahın işlədilməsindən sonra əməliyyatları müzakirə olunub.

Liderlər Suriyanın ərazi bütövlüyünün qorunmasının, həmçinin ölkədə siyasi nizamlanma prosesinin irəliləyişini təmin etmək üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.