Dünya

Lavrov: "Rusiyanı "yanlış" prezident seçdiyinə görə cəzalandırırlar"

16 Aprel 2018 23:57
2 Şərh     Baxış: 3 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə cəzalandırmaq istəyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BBC-yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Onlar deyirlər ki, guya sanksiyalar sadə rusiyalılara qarşı yox, yalnız siyasətçilər, hərbçilər və oliqarxlara qarşı tətbiq edilir. Bu yalandır. Onların arzusu, mən bunu görürəm, minlərlə, on minlərlə, yüz minlərlə rusiyalını təşvişə salmaqdır. Rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə  cəzalandırmaq istəyirlər", deyə S.Lavrov qeyd edib.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən başlayaraq Rusiya iqtisadiyyatı bir çox sınaqlardan keçib: "Rusiya sanksiyalara davam gətirəcək. Narahat olmayın, biz davam gətirəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.