Dünya

"The Washington Post": Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb

16 Aprel 2018 22:50
0 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salmağı göstəriş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən xəbər verib.

Qəzetə görə, Tramp müşavirləri  ilə ətraflı müzakirələrdən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunmasını təxirə salıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli yaxın müddətdə Rusiya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.