Dünya

Türkiyə prezidenti NATO-nun baş katibi ilə görüşüb

16 Aprel 2018 22:05
0 Şərh     Baxış: 656

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

Milli.Az APA-ya istinadən bildirir ki, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər  həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan və Stoltenberq aprelin 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Dumada kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya ərazisində keçirilən əməliyyat ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.