Dünya

Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

16 Aprel 2018 18:05
0 Şərh     Baxış: 2 591

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Hazırda Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.

Qeyd edək ki, bu gün Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar başlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.