Dünya

Türkiyədə bir sıra dövlət qurumları ləğv oluna bilər

16 Aprel 2018 17:43
0 Şərh     Baxış: 554

Türkiyədə prezident idarəçiliyi formasına keçid çərçivəsində bir sıra dövlət qurumlarında struktur dəyişiklikləri aparılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, prezident idarəçiliyi formasına keçidlə əlaqədar olaraq Nazirlər Kabinetinə tabe olan bir sıra dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi gözlənilir.

Hazırda Türkiyə Nazirlər Kabinetinə 25 dövlət orqanı tabedir.

Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacağı, yeni komissiyaların yaradılacağı bildirilir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.