Dünya

Ərdoğan: “Qərb terror təşkilatları üzərindən islam dünyasını ləkələməyə çalışır”

16 Aprel 2018 16:57
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsəlmanlar 11 sentyabr hadisəsindən sonra sistemli hücumlarla üzləşirlər. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman azlıqlarla bağlı keçirilən tədbirdə bildirib.  

Türkiyə prezidenti deyib ki, İŞİD, "Boko Haram" kimi terror təşkilatları islam dünyasına zərər vurur: "Bizə deyirlər ki, bəs islamın barış dini olduğunu deyirdiniz, onlar islam adı ilə insanları öldürür. Bir çox Qərb ölkəsi də daxili problemlərini pərdələmək üçün bu yanğına benzin tökürlər. Ən dəhşətli qətliamları həmin Qərb ölkələri həyata keçiriblər, indi bizə ağıl öyrədirlər. Keçən dəfə onlardan birinə dedim ki, siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirdiniz, indi Suriya ilə bağlı bizə ağır verirsiniz. Ruandada, başqa yerlərdə də belə qətliamlar törədiblər, buna görə cavab veriblər?".

O qeyd edib ki, Qərb dünyası terror təşkilatları üzərindən islam dünyasını ləkələməyə çalışır: "Neofaşist partiyalarının Qərbdə hakimiyyətə gəlməyə başlamasının də səbəbi budur. Müsəlmanların evləri, məscidləri anti-islamçı qrupların hədəfi olur. Almaniya, Hollandiya, Belçika və Fransada müsəlmanlara hücumlar davam edir. Başına örtük taxan qadınlar təhqirlərə məruz qalırlar. Belə ölkələrdən biri Fransadır. Fransa qaraçıları da ölkədən çıxarıb. Bu, açıq formada insan hüquqlarına, hüquq normalarına ziddir". 

Ərdoğan bildirib ki, Qərb ölkələri bir sıra ölkələrdə müsəlman azlıqlara qarşı etnik təmizləmə aparıldığını görmürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.