Dünya

ABŞ-ın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb"

16 Aprel 2018 16:44
0 Şərh     Baxış: 1 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir. "Bu missiyada iştirak etmiş heç bir raket SuriyaHHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur", - deyə açıqlamada bildirilir.

Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən - "Monterey" (ABŞ) kreyserindən 30 "Tomahawk" raketi, "Laboon" (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən - "Higgins" (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən - "John Warner" (ABŞ) sualtı qayığından 6 raket, "Languedoc" Fransa freqatından 3 raket buraxılıb. 

Havadan 2 ədəd "B-1B Lancer" ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın "Tornado" və "Typhoon" hücum təyyarələrindən 8 raket, Fransanın "Rafales" və "Mirages" hücum təyyarələrindən 9 raket buraxılıb.

ABŞ-ın Avropa qüvvələrinin komandanı Kertis Skaparotti bildirib ki, əməliyyat dəqiqliklə planlaşdırılaraq icra edilib və EUCOM-un istənilən vəziyyətə operativ reaksiya vermək qabiliyyətini təsdiqləyib. 

Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Surİyadakı 3 obyektə raket zərbələri endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.