Dünya

Makron koalisiyanın Suriyanı tərk edəcəyi vaxtı açıqlandı

16 Aprel 2018 16:35
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib.

E.Makron qeyd edib: "Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq. Fransa da bu mövqedədir, ABŞ da".

Prezidentin sözlərinə görə, koalisiyanın öhdəlikləri İŞİD-lə müharibədən sonra da davam edəcək: "Bu, həmçinin Suriya ərazisində humanitar və sülhün bərpasına görə öhdəliklərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.