Dünya

NATO-nun baş katibi: "Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır"

16 Aprel 2018 15:35
3 Şərh     Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib:

"Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endirmişdilər.

Zərbələr zamanı 100-dən çox raket buraxılsa da, əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.