Dünya

Venesuelada dövriyyəyə yeni alternativ valyuta buraxıldı

16 Aprel 2018 14:41
5 Şərh     Baxış: 481

Venesuelanın paytaxtı Karakasda dövriyyəyə karibe adlanan alternativ valyuta buraxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yerli hökuməti buna ölkənin milli valyutası - bolivarın kəskin dəyərdən düşməsi vadar edib. 

Belə ki, hazırda qara bazarda 1 ABŞ dolları üçün 250-300 min bolivara bərabərdir. 

Yeni valyutadan yaxın 1 ay ərzində bələdiyyənin nəzarəti altında təşkil olunacaq xüsusi bayram sərgilərində zəruri malların alınması üçün istifadə olunacaq. Paytaxt daxilində bolivarın 5, 10, 20, 50 və 100 karibeyə (1000:1 məzənnə ilə) dəyişdirilməsi də mümkün olacaq.

Venesuela hakimiyyəti bu il iyunun 4-də bolivar üzərində denominasiya (sondakı üç sıfırın silinməsi) həyata keçirməyi planlaşdırır. Hələ ki, yerli hakimiyyət orqanları vəziyyətdən özlərinin regional, hətta bələdiyyə valyutalarını yaratmaqla çıxırlar. Artıq ölkədə elorsa və panal kimi yerli valyutalar daxili kommunal ödənişlər və qida məhsularının topdan alınmasında istifadə olunur. 

Xatırladaq ki, Venesuela bir qədər əvvəl özünün kriptovalyutasını  - petronu dövriyyəyə buraxıb. Bu pulun təminatçısı kimi ölkənin nefti çıxış edir. 

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Kserks · 17 Aprel 08:4710

    Nə karibenin, nədə petronun gələcəyi yoxdur.

    Cavab yaz
  • Anonim
    Kserks · 17 Aprel 09:3120

    Bir dəfəlik də yadınızda saxlayın ki, kriptovalyutaların təminatçısı,i virtual aləmdə fəaliyyət olan, iqtisadi mexanizmilər olmalıdır. Neft əmtəədir. Ona görə də neft petronun təminatçısı ola bilməz. K,Marksın "Kapital"ın da var. Pul-Pul və ya P-P-P. Yəni pulun(valyutaların) dövriyyəsi. Əmtəə-Pul-Əmtəə və ya Pul-Əmtəə-Pul dövrü bitdi.

    Cavab yaz
    • Anonim
      09:31-ə düzəliş. · 17 Aprel 09:5700

      Bir dəfəlik də yadınızda saxlayın ki, kriptovalyutaların təminatçısı kimi virtual aləmdə fəaliyyətdə olan, iqtisadi mexanizmilər olmalıdır. Kserks.

      Cavab yaz
    • Anonim
      Kserks · 17 Aprel 10:1700

      1 molla, 1 kilo rəfləndirilmiş qənd, 3 manat pul. Daimi Fəaliyyətdə olan Pul Mühərriki yaradaq, Bitkoinində kəbinini kəsdirək, Daimi Pul Mühərrikinə. Vəssalam, çüt tamam.

      Cavab yaz
  • Anonim
    Kepenek · 17 Aprel 11:3010

    Guller uste, ucan, qacan, bir qaygisiz kepeneksen. Ciceklerin ureyinde, sen, en sirin bir dileksen. Soragini gul cicekden alinca, gorduk yoxsan. Qacdiq senin dalinca, dalinca gorduk yoxsan. Kserks.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.