Dünya

Vatikan polisi keşişi həbs etdi - Səbəb uşaq pornoqrafiyası

16 Aprel 2018 11:44
0 Şərh     Baxış: 786

Vatikan polisi keşiş Karlo Alberto Kapellanı həbs edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, keşişin həbsinə səbəb uşaq pornoqrafiyasını əks etdirən materiallar saxlaması olub.

Bildirilir ki, daha öncə keşiş Müqəddəs Taxt-tacın ABŞ-dakı səfirliyində işləyib.

Vatikan onu 2017-ci ilin payızında geri çağırıb. Həmin vaxt ABŞ ölkə ərazisində keşişi məsuliyyətə cəlb etmək məqsədilə Vatikandan onun üzərindən diplomatik immunitetin götürülməsini istəmişdi.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.