Dünya

"Yaxşı elədik Suriyanı vurduq" - Tereza Mey - VİDEO - FOTO

16 Aprel 2018 12:04
2 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Fransanın Suriyaya endirdiyi zərbələrə Britaniya haqlı olduğuna əmin olaraq, milli maraqları öndə tutaraq qoşuldu.

Milli.Az The Guardian-a istinadən bildirir ki, Britaniyanın baş naziri Tereza Mey ölkə parlamentində çıxış edərkən belə deyib.

"Düzünü deyim: yaxşı elədik Suriyanı vurduq! Milli maraqlarımıza uyğun olaraq davrandıq. Bizim milli maraqlarımızda isə Suriyada kimyəvi silahdan bir daha istifadə olunmasının qarşısının alınması, habelə kimyəvi silahdan istifadənin yolverilməzliyi ilə bağlı qlobal konsensusun dəstəklənməsi var. Kimyəvi silahdan istifadənin nə Suriyada, nə Britaniya küçələrində, nə də hər hansı başqa yerdə gerçəkləşməsinə imkan verə bilmərik", - Mey nitqində söyləyib.

Tereza Meyin sözlərinə görə, Suriyaya zərbələri bir neçə ölkə dəstəkləyib.

"Qəraımızın haqlı olduğuna şübhə etmədiyimizə görə bunu etdik. Və biz tək deyiylik. Qərarımızı geniş beynəlxalq koalisiya dəstəkləyib. İstirahət günlərində bir sıra dünya liderləri, o cümlədən Almaniyanın kansleri Angela Merkel, İtaliyanın baş naziri Paolo Centeloni, Kanadanın baş naziri Castin Trüdo, Avstraliyanın baş naziri Malkolm Tyornbull və Avropa İttifaqının rəhbəri Donald Tuskla danışdım. Onların hamısı ABŞ-ın, Fransanın və Britaniyanın əməllərini dəstəklədilər", - Tereza Mey söyləyib.

Bu gün Tereza Meyin müraciəti əsasında Britaniya parlamentinin icmalar palatasında Suriya ilə bağlı vəziyyətə həsr olunmuş təcili debatlar keçiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.