Dünya

"Uşaqlar ölməsin" deyən qadın körpəsi ilə birlikdə həbs edilir

16 Aprel 2018 11:39
3 Şərh     Baxış: 3 924

Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.

"Beyaz Şou"ya zəng edib "Ölkənin şərqində yaşananlardan xəbəriniz var? Burada yaşananlar çox fərqli təqdim olunur. Səssiz qalmayın. İnsan olaraq bu mövzulara yanaşın. Yazıq insanlar ölməsin, uşaqlar ölməsin, analar ağlamasınlar" söyləyən Ayşe Çelik adlı qadının həbs olunması barədə məlumatı onun vəkili Mahsuni Karaman verib.

O bildirib ki, Ayşe Çelik 6 aylıq körpəsi ilə Diyarbəkirdəki həbsxanaya göndəriləcək.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ... · 16 Aprel 14:0701

    Dünyanın edaletine bax..Bu dehşetlernen insan beşeriyyeti hara qeder davam edecek bilmirem((

    Cavab yaz
  • Anonim
    gülicka · 16 Aprel 15:2001

    yazıq qız ne deyib ki.müharibə olmasın deyib də

    Cavab yaz
  • Anonim
    Süleyman · 16 Aprel 23:4200

    Təəccüblü heç nə yoxdur, çünki bu müsəlman ölkələrində olan demokratiyanın, insan hüquqlarının təntənəsidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.