Dünya

ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi vaxt açıqlandı

16 Aprel 2018 11:25
1 Şərh     Baxış: 1 094

Ağ Ev amerikalı hərbçilərin tez bir zamanda Suriyanı tərk edəcəyini bəyan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ koalisiya qüvvələrinin Suriyada hərbi və iqtisadi öhdəlikləri öz üzərinə götürməsini gözləyir.

Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, ABŞ Prezidenti Donald Tramp da hərbçilərin tezliklə qayıtmasını istəyir:

"Bununla belə, bölgədə terror qruplaşmalarının məhvi ən önəmli məsələ hesab edilir".

Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aydlndl · 16 Aprel 13:1601

    Size ehtiyyac yoxdu davay

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.