Dünya

Makron: "Suriyaya hücumla türkləri ruslardan ayırdıq"

16 Aprel 2018 11:12
0 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa, ABŞ və İngiltərənin Suriyaya birlikdə təşkil etdiyi hücum Türkiyə və Rusiya arasında fikir ayrılığına səbəb olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron söyləyib.
Hücumun mükəmməl şəkildə həyata keçirildiyini qeyd edən Makron deyib: "Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahların istifadəsini qınadı". 

Makron prezident Donald Trampı ABŞ-ın Suriyada hərbi varlığını davam etdirmə və həftəsonu təşkil olunan hava hücumunun Suriyada kimyəvi silahdan istifadənin qarşısını ala biləcəyinə inandırdığını bildirib: "10 gün əvvəl Tramp "ABŞ Suriydan geri çəkilməlidir" deyirdi. Biz onu bu qərarından çəkindirə bildik". 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.