Dünya

Stiven Siqal Ermənistan və Dağlıq Qarabağa səfər etməyi planlaşdırmır

19 Aprel 2018 23:17
4 Şərh     Baxış: 2 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Stiven Siqalın Ermənistan və Dağlıq Qarabağa səfəri ilə bağlı erməni mətbuatında yayılan məlumat həqiqətə uyğun deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə aktyor "Instagram" sosial şəbəkəsində yazıb.

Aktyor bildirib: "KİV-lərdə Ermənistana səfərimlə bağlı yayılan məlumat səhvdir. Məni bir neçə dəfə Ermənistana dəvət ediblər, lakin mən heç vaxt razılıq verməmişəm. Həmçinin mən heç vaxt Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm, çünki Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıram".

Qeyd edək ki, bu gün erməni KİV-lərində amerikalı aktyor Stiven Siqalın aprelin 22-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayılmışdır. Həmçinin qeyd olunurdu ki, aktyor Dağlıq Qarabağa da səfər edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.