Dünya

Rusiyaya qarşı yeni sanksiyalar bu gün elan ediləcək

16 Aprel 2018 10:22
0 Şərh     Baxış: 674

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Xeyli Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyi ilə bağlı açıqlama verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə diplomat CBS kanalına müsahibə verib.

Xeylinin sözlərinə görə, yeni sanksiyaları maliyyə naziri Stiven Mnuçin bu gün elan edəcək.

Daimi nümayəndə yeni sanksiyaları Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsi ilə əlaqələndirir.

Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.