Dünya

Ağ Ev: Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib

16 Aprel 2018 08:40
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib və konstitusiyaya uyğun olaraq və ABŞ-ın maraqları çərçivəsində hərəkət etdiyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı Donald Trampın Konqresin hər iki palatasına göndərdiyi məktubda deyilir.

Sənəddə bildirilir: "2018-ci il aprelin 13-ü təxminən saat 09:00-da ABŞ Silahlı Qüvvələri Fransa və Böyük Britaniya Silahlı Qüvvələri ilə birgə Suriyada hərbi kimyəvi silahların hazırlanması üçün istifadə olunan obyektlərə zərbələr endirib. Hərbi əməliyyatın məqsədi gələcəkdə Suriya ordusunun kimyəvi silahdan istifadə edərək hücum etmə qabiliyyətini azaltmaqdan və Suriya hökümətinin gələcəldə kimyəvi silahdan istifadə etməsinin qarşısını almaqdan ibarət olub.

Mən xarici əməliyyatlar aparmaq üzrə konstitusiya hüquqlarıma uyğun və baş komandan kimi ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin həyati maraqlarını qorumaq üçün hərəkət edirdim.

ABŞ vacib milli maraqlarının irəli sürülməsi üçün zəruri hallarda və məqsədəuyğun olaraq əlavə addımlar atacaq".

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-ü səhər saatlarında Suriyanın kimyəvi silah hazırlandığı ehtimal edilən dövlət obyektlərinə hava zərbələri endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.