Dünya

Meksikada daha bir şəhər administrasiyasının rəhbəri öldürülüb

16 Aprel 2018 08:38
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Hilotlan şəhər administrasiyasının rəhbəri öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Karlos Andrade Maqanya naməlum şəxslər tərəfindən Xalisko ştatının sərhədində güllələnib.

Qeyd edək ki, bir neçə gün əvvəl Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Efrain Qarsiya öldürülüb. 2017-ci ildə Miçoakan ştatının Paraço şəhərinin meri Stalin Sançez Qonsales öldürülüb. Bir müddət ondan qabaq isə Puebla ştatının Ueuetlana şəhər administrasiyasının rəhbəri Xose Santamariya Savala öldürülüb. Ötən ilin yul ayında Herrero ştatının Punqarabato şəhərinin meri Ambrosio Soto Duartenin avtomobilinə silahlı şəxslər hücum edərək onu öldürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.