Dünya

Ərəb Ölkələri Liqası Suriyada kimyəvi silahdan istifadə edilməsini qınayıb

16 Aprel 2018 08:12
0 Şərh     Baxış: 472

Ərəb ölkələrinin liderləri Suriya hökümətinin ölkədə kimyəvi silahdan istifadə etməsini qınayıb və beynəlxalq araşdırma tələb ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adel əl-Cübeyr bildirib.

Nazir deyib: "Ərəb Ölkələri Liqası Sammiti Suriya rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsini ciddi şəkildə qınayır".

Sammitdə ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələrinin Suriyada dövlət obyektlərinə endirdiyi hava zərbələrindən sonra ölkədəki vəziyyətə xüsusi diqqət yetirilib.

Ərəb ölkələrinin bu hava hücumuna dair fikirləri ayrılıb: Qətər, Səudiyyə Ərəbistanı və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurasının digər üzvləri hava zərbələrini dəstəkləyiblər, Livan, Əlcəzair və İraq isə qarşı çıxıb.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-ü səhər saatlarında Suriyanın kimyəvi silah hazırlandığı ehtimal edilən dövlət obyektlərinə hava zərbələri endirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.