Dünya

Ərəb Dövlətləri Liqasında Suriya əleyhinə BƏYANAT

15 Aprel 2018 23:52
3 Şərh     Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb Dövlətləri Liqasının bu gün keçirilən sammitində Suriya hökuməti qınanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sammit iştirakçıları Suriyanı kimyəvi silahdan istifadə etməkdə ittiham edib və beynəlxalq araşdırma tələb ediblər.

"Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb", - deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti bu gün Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.